"Məktəb icma (Valideyn) " klubunun növbəti seminarı keçirildi
Məktəbin fəaliyyət planına əsasən "Ümumi təhsildə keyfiyyət ili ilə əlaqədar olaraq 3 "A" sinif rəhbəri Sevinc Məmmədovanın təşəbbüsü ilə valideyn iclası keçirildi. Məqsəd valideynlərlə məktəb arasında sıx əlaqə yaratmaq, şagird nailiyyətlərini artırmaq, "Şagird-Valideyn-Məktəb" əməkdaşlığını gücləndirməkdir. Valideynlərə uşaqlarının təhsili ilə bağlı maraqlı tövsiyyələr verildi. Məktəbin direktoru Məhluqə Əzizova öz çıxışında bildirdi ki, şagird nailiyyətinin yüksəldilməsində valideynin rolu danılmazdır. İclasda məktəbin direktoru Məhluqə Əzizova, sinif rəhbəri Sevinc Məmmədova, məktəbin psixoloqu Heyran Səfərova və tibb bacısı Sevda Məmmədova iştirak etdilər.