Pedaqoji-psixoloji dəstək verilir

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 06.09.2019-cu il tarixli, F-318 nömrəli əmrinin 13-cü bəndinin icrası məqsədi ilə valideynlər və müəllimlərlə psixoloji-pedaqoji seminarların keçirilməsi davam etdirilir. Məqsəd  məktəbdə mənəvi-psixoloji mühitin yaradılması, məktəb-ailə, məktəb-müəllim, şagird-valideyn münasibətlərinin formalaşdırılması, risk qrupuna daxil olan şagirdlərin valideyinlərinə psixoloji dəstəyin  verilməsidir. Seminar ARTİ-nun “Təhsilin iqtisadiyyatı və idarə olunması” şöbəsinin böyük elmi işçisi, “Psixologiya və xüsusi təhsil” şöbəsinin dissertantı Bahar Bəylərova-Ələkbərova və Bakı Bakı Dövlət Universiteti psixologiya kafedrasının müəllimi M.Əliyevanın təşkilatçılığı ilə keçirildi.

Metodikanın tətbiqi zamanı valideyinlərin daxili gərginlikləri və bu gərginliklərin övladlarına təzahürü müzakirə edildi. Seminarda valideyn-övlad arasında yaşanan gərginliklərin şagirdin psixoloji vəziyyətində şəxsiyyət kimi formalaşmasında, məktəb mühütündə, akademik  nəaliyyətlərində yaratdığı problemlər hərtərəfli müzakirə edilərək, tövsiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi