Mübariz İbrahimov-Nəsillərə yadigar əfsanəvi qəhrəman
Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kəs anadan qəhrəman doğulmur.
Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi.
Bakı şəhər üzrə Təhsil İdarəsinin 15.01.2019-cu il tarixli F-118 N-li əmrinə və "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" məktəb layihəsinə uyğun olaraq 3 “A” sinif rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə "Nəsillərə yadigar əfsanəvi qəhrəman" adlı sinif təşkilat saatı keçirdi.
Məqsəd şagirdlərə milli qəhrəmanlarımızı tanıtmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, şəhid və Milli Qəhrəmanlarımıza olan sevginin artırılması idi.