Mübariz İbrahimovun doğum gününə həsr olunmuş breyn-rinq keçirildi
Şagirdlərdə intellektual səviyyənin yüksəldilməsi yolu ilə geniş dünyagörüşü formallaşdırmaq, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibət yaratmaq məktəbimizdə həyata keçirilən təlim-tərbiyə prosesinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə digər fənn aylıqlarında olduğu kimi Azərbaycan dili və ədəbiyyat fənni aylığı çərçivəsində də bilik yarışları, dəyirmi masa seminar və sorğular davam edir.
07.02.2020- ci il tarixində Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum gününə hərs olunmuş “Yarışaq-öyrənək” adlı növbəti Breyn-rinq məktəbin 11 “A” və 11 “B” sinif şagirdləri arasında keçirildi.
“Qüvvət elmdədir...Başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz” devizi ilə keçirilən yarış üç mərhələdə təşkil olunmuşdu. I raundda 6 sual, II raundda 8 sual, III raundda isə 10 sual cavablandırıldı. Şagirdlər Azərbaycan dili və ədəbiyyat fənləri ilə yanaşı, ümumi dünyagörüşü və intellekt seviyyəsini əhatə edən suallara da böyük həvəs və maraqla cavab verməyə çalışdılar.
Yarışın sonunda 11 “B” sinifin “Mübariz” komandası 11 “A” sinifinin “Fərid” komandasını 5 bal üstələyərək qalib gəldi. Sonda qalib komandanı təbrik edən müəllimlər belə yarışlarda öyrənməyin daha önəmli olduğunu vurğuladılar. Şagirdlərə öz potensial imkanlarını, bilik yarışlarında fəal iştirak etmələri tövsiyə olundu.
Qalib komanda Fəxri-Fərmanla təltif olundu.