Fənn aylığı davam edir
Məktəbin fəaliyyət planına uyğun olaraq fənn aylıqları davam edir. Azərbaycan dili və ədəbiyyat dərsləri rəhbərlik tərəfindən dinlənilir.
Fənn birləşmə rəhbəri Kəminə Zalova məlumat olaraq bildirdi ki, şagirdlərdə geniş dünyagörüşünün formalaşdırılması, əhatəli elmi – nəzəri məlumatlara yiyələnmə qabiliyyətinin yaradılması orta məktəbdə tədris olunan bütün fənlərin əsas cəhətlərindən biridir
Fikrini səlis ifadə etmə, təklif olunan mövzularda əsas fikri müəyyənləşdirmə, faktları müqayisə etmə, məzmunu lakonik çatdırma isə bilavasitə Azərbaycan dili dərslərinin öhdəsinə düşür