Mütaliə mənəvi zənginliyə aparan yol

Şagirdlərdə oxu bacarıqlarının inkişafı, oxuyub-anlama vərdişlərinin gücləndirilməsi və bununla da sərbəst fikir yürütmə baçarığının formalaşdırılması məqsədilə məktəbin VI,VII  və VIII ci sinif şagirdləri arasında "Mütaliə mənəvi zənginliyə aparan yol " adlı debat təşkil olundu.

Debatda xüsusilə  Ə.Haqverdiyev, S.S.Axundov, C.Məmmədquluzadə kimi görkəmli yazıçılarla bərabər, müasir yazıçılardan E.Hüseynbəyli, M.Çəmənli, M.Namaz kimi sənətkarların əsərlərini mütaliə edən şagirdlər xüsusi fəallıqla seçildilər. Oxuduqları  əsərlərdən gətirdikləri nümunələri  həyatla əlaqələndirən şagirdlər bədii əsərlərin insan  mənəviyyatını cilalayan, ona humanist duyğular aşılayan, düzgün əqidə seçməkdə yardımçı olan bir vasitə olduğunu  qeyd etdilər.

Məktəbin ədəbiyyat müəllimi Kəminə Zalovanın, kitabxana müdiri Aytən Məmmədovanın, UBR  Mədinə İsgəndərovanın   verdiyi yönəldici suallar şagirdlərin aktiv və obyektiv mübahisə və təhlillərinə şərait yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi