Pedaqoji şuranın növbəti iclası keçirildi

Məktəbdə I yarımilin yekununa həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclası məktəbin direktoru Məhluqə Əzizova açaraq pedaqoji kollektivi salamlayıb, iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasda Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli. F-531 №li əmrinə əsasən 2019- 2020 dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə təsdbirlər haqqında sərəncamından irəli gələn işlərin yerinə yetirilməsi,  I yarımilin yekunları və II yarımildə qarşıda duran vəzifələr, V-VI sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə bilik və bacarıqlarının monitorinqinin nəticələri, IX siniflərdə keyfiyyət göstəricilərinin artırılması ilə bağlı nəticələri zəif olan şagirdlərlə aparılan işlərin təhlili, riyaziyyat-informatika və xarici dil aylığının nəticələri, məktəbdənkənar və sinifdənxaric işin təşkili, Psixoloji, hissi-emosional vəziyyətinə görə risk qrupuna daxil olan şagirdlərlə görülən işlərin nəticələri  barədə geniş müzakirələr təşkil olundu. Kollektivə nizam-intizamın möhkəmləndirilməsi, dərsə davamiyyətin gücləndirilməsi, sinif jurnallarının aparılması barədə işlərin gücləndirilməsi və məktəbdə sağlam və təhlükəsiz mühitin yaradılması tapşırıldı. Bir sıra məsələlər haqqında qərar qəbul olundu.

Sonda "Riyaziyyat-informatika aylığı " çərçivəsində  "Ən yaxşı nümunəvi dərs" nominasiyası üzrə keçirilən müsabiqədə qalib gələn və fəaliyyətində fərqlənən müəllimlər fəxri-fərmanla təltif olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi