Müəllimlər üçün maarifləndirici seminar keçirildi
Tətil günlərində məktəblərarası əməkdaşlıq çərçivəsində IX cu siniflərdə dərs deyən Azərbayacan dili, riyaziyyat və ingilis dili müəllimləri üçün seminar təşkil olunmuşdur.
Məqsəd məktəblərarası təcrübə mübadiləsi aparmaq, təhsilin keyfiyyətinin artırılmasında rəqabətlliyinin gücləndirilməsi, səriştəli müəllimlərin qabaqcıl təcrübəsinin yayılması, məktəblərarası əməkdaşlığın gücləndirilməsidir.
Seminar ayrı-ayrı fənnlər üzrə aparıldı. Müəllimlər IX sinif buraxılış imtahanlarında şagirdlərin təlim nəticələrinin artırılması üçün görülən işlərin təhlilləri, problemlərin araşdırılması və onların həlli yolları istiqamətində səmərəli fəaliyyət göstərmək üçün maarifləndilər. Seminarda 79,87,89,101,208,226,316,232 nömrəli məktəblərin IX siniflərində dərs deyən buraxılış fənn müəllimləri iştirak etdilər.