Güclü iqtisadiyyat- Güclü dövlət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli F-531 nömrəli əmrinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin  06.09.2019-cu il tarixli F-318 nömrəli əmrinin 21-ci bəndinin icrası məqsədi ilə “Güclü iqtisadiyyat- Güclü dövlət” adlı konfrans keçirilirdi.

   Məqsəd ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri o cümlədən ordu quruculuğu barədə şagirdlərə məlumatın çatdırılmasıdır. Mövzu ilə bağlı məktəbin tarix müəllimi Rüstəm Fətullayev məruzə ilə çıxış etdi. Azərbaycanda həyata keçirilən iqtisadi layihələr barədə ölkəmizin regionda güclü, lider dövlətə çevrilməsi barədə şagirdlərə məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi