Praktik təcrübələr keçirilir
Fəaliyyət planına uyğun olaraq " Şagirdlərin tədqiqatçılıq bacarığının formalaşdırılması " istiqamətində 8 “A” sinif şagirdləri praktik təcrübələr işlədilər. Dünyanı dərk etməyin mühüm üsullarından biri təcrübədir. Dərsdə təcrübənin həyata keçirilməsi bu dərsi daha da maraqlı edir və şagirdlərin inkişafına kömək edir. Şagirdlər təcrübəni aparmağa maraqlı olurlar və özləri təcrübəni aparırlar. Belə dərslərin məqsədi şagirdlər tərəfindən təbiət qanunlarını müstəqil kəşf etmək və onlarda dünyanı müstəqil dərk etmək arzusunu yaratmaqdır. Təcrübələrimiz " Biz döş qəfəsinin modelini qururuq" ; "Refleksin müddəti " ; " Çılpaq yumurta " mövzularından ibarət idi.