"Heydər Əliyev və Ordu quruculuğu” mövzusunda açıq dərs keçirildi
Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Bu məqsədlə bu gün məktəbimizdə Heydər Əliyev irsinin öyrənilməsi mövzusunda keçirilən dərslərə başlanıldı. Dərsdən əvvəl direktor Məhluqə Əzizova şagirdlərə Ümummilli liderimizin həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanic fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik.
Məktəbimizdə Heydər Əliyevə həsr olunmuş “Ordu qruculuğu” mövzusunda açıq dərs keçirildi. Dərsdə 87, 226, 208 №li məktəblərin şagirdləri və məruzəçi 87 № li məktəbin tarix müəllimi Afət İbrahimova iştirak etdilər.
Məqsəd Ulu öndər Heydər Əliyev irsi ilə şagirdləri yaxından tanış etmək, haqqında məlumatlandırmaq, Ümummilli liderin Azərbaycançılıq məfkurəsini uşaq və yeniyetmələr arasında geniş təbliğ etməkdir.