Maarifləndirici “Dəyirmi masa” keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 06.09.2019 – cu il tarixli F-318 nömrəli əmrinin icrası məqsədi ilə tədbirlərimiz davam edir. Sinif rəhbərləri və fənnbirləşmə rəhbərlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi.

Məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək bildirdi ki, pedaqoji fəaliyyətin səmərəli təşkil edilməsi, təlim-tərbiyə işlərinin təşkili və keyfiyyətin getdikcə yaxşılaşdırılması, şagirdlərin mənafeyinin qorunması, pedaqoji kollektivin ən ümdə vəzifələrindəndir. Bu istiqamətdə işlərin gücləndirilməsi və təkmilləşdirilməsi, prioritet istiqamətlərin II yarım ildə də davam etdirilməsi kollektivə tapşırıldı.

          Direktor Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarına əsasən “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları" ilə pedaqoji kollektivi bir daha məlumatlandırdı. Məktəbdaxili qiymətləndirmənin, BSQ-lərin və I yarım il qiymətlərinin təlimata uyğun yazılması haqqında tövsiyələrini verdi. Sonda müəllimlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi