IX siniflərdə növbəti monitorinq keçirildi
IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənnindən növbəti monitorinq keçirildi.
Məqsəd bu fənlərdən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, onların imtahanlara hazırlıq səviyyəsinin öyrənilməsi, təlimdə geri qalan şagirdlərin müəyyənləşdirilib xüsusi proqram əsasında təlim nəticələrinin yüksəldilməsi və buraxılış imtahanlarında uğurlu nəticə əldə olunmasıdır. Şagirdlər hər bir fənndən 30 sual olmaqla ümumilikdə 90 sualı cavablandırdılar