Dərsliklərin yoxlanılması

Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərlə birgə məktəb üzrə dərsliklərin təmiz və səliqəli saxlanılması monitorinq olundu. Məqsəd dərslik fondunun yaxşı saxlanılmasına nəzarətin gücləndirilməsi üçün sinif rəhbərləri və şagirdləri maarifləndirməkdir.

Bəzi siniflərdə şagirdlər tərəfindən  səliqəsiz saxlanılan dərsliklərin səliqəyə salınmasına ehtiyacın olduğu bildirildi. Kitabların səliqəyə salınmasında valideynlərin köməyindən istifadə olunması tövsiyə olundu. Bu işdə sinif rəhbərlərinin hər zaman ciddi nəzarət edilmələri bildirildi. Kitabxana müdiri Aytən Məmmədova  şagirdlərə kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində, ümumiyyətlə mənəvi-ictimai həyatında çox mühüm yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda faəliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də, hər birimiz kitablara borcluyuq və kitablara sevgi ilə yanaşmalıyıq deyə şagirdlərə dərsliklərin istifadəsi zamanı onların saxlanılması və düzgün istifadə olunması haqqında tövsiyələr verdi.  Sonda cilidli və səliqəli saxlanılmış dərsliklər siniflər üzrə açıqlandı. Adları qeyd olunan 1 “A”, 3 “B”, 4 “A”, 6 “A”,6 “B”, 7”A”, 8”B”, 10 “A”, 10 “B” 9 “A” sinif şagirdlərinin intizam və dərsliklərə münasibəti yüksək qiymətləndirildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi