Psixoloji maarifləndirmə işi aparıldı
Peşə yönümü təlim-tərbiyənin mühüm tərkib hissəsi olduğundan onun təşkili və aparılmasında ənənəvi prinsip və metodların rəhbər tutulması vacibdir. Böyüyən nəsil dərin bilik və dünyagörüşə, yüksək milli və bəşəri dəyərlərə, mənəvi keyfiyyətlərə malik olmaqla bərabər özünün arzusuna, qabiliyyət və bacarığına, həmçinin cəmiyyətin kadrlara olan perspektiv tələbatlarına müvafiq olaraq peşə və ixtisas seçməyə hazırlanmalıdır. Bunun üçün məktəbdə təlim-tərbiyə işi elə aparılmalıdır ki, şagirdlər əsas təhsil bitirdikləri vaxt hansı peşə və ixtisas ardınca gedəcəklərini dəqiq bilsinlər. Bu məqsədlə məktəbin fəaliyyət planına uyğun olaraq psixoloq Heyran Səfərova 9-cu siniflərdə şagirdlərə peşə seçimi ilə bağlı düzgün istiqamət vermək məqsədilə psixoloji maarifləndirmə işi apardı. O, peşələr haqqında şagirdlərin mövcud təsəvvürlərini öyrəndi. Psixoloq və UBR 9-larla birlikdə “Yenot dairəsi” oynunu oynadı.