Şəhidlərin xatirəsi hörmət və ehtiramla anılır
Məktəbimizdə təlim nəticələrinin yüksəlməsinə yönələn ciddi fəaliyyət prosesi həm də şagirdlərin tərbiyəolunma sisteminin təkmilləşdirilməsinə şərait yaradan tədbirlərlə paralel həyata keçirilir. Belə ki, uşaq və yeniyetmələrdə ölkədə baş verən ictimai – siyasi və sosial hadisələrə qazanılan nailiyyətlərə obyektiv münasibətin formalaşdırılması məqsədilə məktəbin pedaqoji kollektivi şagirdlərə örnək davranışlar nümayiş etdirməyə çalışır. Elm, ədəbiyyat nümayəndələrinə, əmək adamlarına, Qarabağ döyüşçülərinə sevgi yaratmaq, Onları həqiqi vətəndaş kimi təbliğ etmək məqsədilə ekskursiya və görüşlər təşkil edilir. Şəhid döyüşçülərin məzarları ziyarət olunur. Belə ziyarətlərdən biri də günü kimi yazılan 20 Yanvar hadisələrinin 30 – cu ildönümü ərəfəsində Bülbülə qəsəbəsində yerləşən şəhidlər xiyabanında keçirilən anım tədbiri oldu. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan məktəbimizin məzunları da yad edildi. Ziyarətdə məktəb rəhbərliyi, könüllü olaraq məktəbin müəllim və texniki işçi heyəti iştirak etdi.