"O müthiş gecə"- Qanlı 20 Yanvar gecəsi
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il F-771 N-li əmrinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019 -cu il tarixli F-529 N-li əmrinin icrası və məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərimizdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə “20 Yanvar” min illik tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı” adlı tədbir keçirildi. Məktəbimizin direktoru Məhluqə Əzizova yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan nübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğuladı. 30 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının Milli Azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova, tərbiyə işləri üzrə direktor müavini Səfa Orucəliyev, UBR Mədinə İsgəndərova, kitabxana müdiri Aytən Məmmədova, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.