Hüzn və fəxr günü

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il F-771 N-li əmrinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019 -cu il tarixli F-529 N-li əmrinin icrası və məktəbin illik fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir. 10 “A” sinifində GÇH-rəhbərinin rəhbərliyi ilə 20 Yanvar faciəsinə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Məktəbin hərbi rəhbəri Təbriz Əliyev  tədris etdiyi fənnin şagirdlərdə  milli-vətənpərvərlik tərbiyəsinin inkişafında rolunu vurğulayaraq yuxarı sinif şagirdlərinə dövlətçiliyimizin və milli azadlıq tariximizin nəmli  məqamlarına biganə qalmamağı tövsiyyə etdi. Belə vacib məqamlardan biri kimi 20 Yanvar hadisələri şagirdlərin baxış bucağından təhlil  olundu. Slaydlarla  müşayiət olunan tədqiqatlarda şagirdlər  qeyd etdilər ki, " 20 Yanvar"  hadisəsinə yalnız faciə kimi baxmaq doğru deyil. Çünki bu tarix milli müstəqilliyin əldə olunması məqsədilə Azərbaycan vətəndaşlarının şüurlu olaraq özlərini fəda etdikləri gündür. Həmin gün günahsız axan qanlar Azərbaycanın azadlığının əldə olunması ilə nəticələndi. Dərsin sonunda təqdimat və çıxışlara münasibət bildirən Vüsalə Məmmədova 10-cu sinif şagirdləri olaraq, onların vətənpərvərlik dəyərlərə sahib çıxmaq baxımından aşağı sinif şagirdlərinə nümunə olmasının vacibliyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi