Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il F-771 N-li əmrinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019 -cu il tarixli F-529 N-li əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq 3 “B” sinfində 20 Yanvar Ümumxalq hüzn günü ilə bağlı sinif təşkilat saatı keçirildi. Məqsəd: şagirdləri qan yaddaşımızla, tariximizə həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi düşən, qürur və hüznün vəhdəti olan 20 Yanvar faciəsi ilə yaxından tanış etmək, müstəqilliyimizi qanla aldığımızı, onu canı bahasına da olsa qorumağa borclu olduğumuzu anlatmaq, vətənpərvərlik hissinin aşılanmasını təmin etmək, vətəni sevməyin, qorumağın vacibliyini onlara sübutlarla göstərmək idi. Təşkilat saatına sinif rəhbəri Mərziyyə Əliyeva 20 Yanvar faciəsi haqqında geniş məlumat verərək başlayıb. Məlumatlar daha sonra slaydlar vasitəsilə nümayiş etdirilib. Şagirdlər Hüzn günü ilə bağlı rəsmlər çəkib, şeirlər deyiblər. 20 Yanvarda şəhid olan soydaşlarımızın əziz xatirəsinə şamlar yandırıblar. Təşkilat saatında məktəbin direktoru, sinif rəhbəri, UBR-rəhbəri və psixoloq iştirak etdilər.