20 Yanvar hadisələrinə həsr olunmuş Breyn-rinq keçirildi
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il F-771 N-li əmrinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019 -cu il tarixli F-529 N-li əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq xarici dil müəllimlərinin təşkilatçılığı ilə 5 və 6-cı sinif şagirdləri arasında 1990-cı ilin Yanvar hadisələrinə həsr olunmuş Breyn-rinq keçirildi. Tədbirin keçirilməsində məqsəd 20 Yanvar hadisələrinin tariximizin yaddaşına qanlı səhifə kimi yazılması, gənc nəslin bu haqqda məlumatlandırılmasıdır. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. III mərhələdən ibarət olan Brey-rinq yarışmasının sualları ingilis dilinin mədəniyyətini və qrammatikasını əhatə etdi. Tədbirdə şagirdlər arası əl işləri nümayiş etdirildi. Tədbir 20 Yanvar hadisələrinə həsr olunmuş slaydla başladı. Şagirdlərin hazırladıqları məlumatları və şeirləri dinlənildi.