20 Yanvar - Ümumxalq Hüzn Günü

Azərbaycan Respublikasının Təhsil nazirliyinin 2019-cu il tarixli F-771 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq ümumxalq hüzn gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. Fatma Qəfərovanın rəhbərliyi ilə 2 “B” sinfində “Qanlı Yanvar” adlı təşkilat saatı keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik hissi aşılamaq, tariximizin qanlı keçmişini unutdurmamaqdır, şagirdlərdə şəhidlərimizə, milli qəhrəmanlarımıza hörmət, sevgi hissi oyatmaqdır. Tədbirdə şagirdlər şəhidlərə aid şeirlər, kompozisiyalar səsləndirdilər. Şagirdlər “Doğma vətənə layiq övlad olacağıq” şüarı ilə şəhidlərin ruhuna and içdilər. Bildirdilər ki, onların qanı yerdə qalmayacaq, vətənimizi düşmənlərdən azad edəcəklər. Tədbirdə valideynlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi