“20 Yanvar- Qanlı Yanvar gecəsi” adlı film nümayiş olundu
Azərbaycan Respublikasının Təhsil nazirliyinin 2019 cu il tarixli F-771 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq ümumxalq hüzn gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir.
Bakıda törədilən 20 yanvar-yaddaşımıza qanla yazılan o gecədən 30 il ötür. Şagirdlərə bu qətliamın törədilmə səbəbi haqqıda məlumat vermək onlarda azadlığa sevgi, düşmənə nifrət hissi oyatmaq məqsədilə “ Azadlığa gedən yol” adlı filmi nümayiş etdirildi.
Akt zalında aparılan söhbətdə məktəbin şagirdləri, sinif rəhbərləri, UBR Mədinə İskəndərova , kitabxana müdiri Aytən Məmmədova iştirak etdilər.
UBR-rəhbəri Mədinə İskəndərova çıxış edərək xalqımıza qarşı törədilən bu qətliamın səbəbi haqqında geniş məlumat verdi. Daha sonra “20 Yanvar- Qanlı Yanvar gecəsi” adlı film nümayiş olundu. Sonda 4 “A” sinif rəhbəri Rəna Abdullayeva çıxış edərək bu gecə ilə bağlı şagirdlərdə yaranan sualları cavablandırdı.