20-Yanvar müstəqilliyə gedən yol

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2019-cu il tarixli F-771 nömrəli əmrinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12 2019-cu il tarixli F-529 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam edir.

Bu gün “ Qanlı 20 Yanvar” gecəsi ilə əlaqədar məktəbin UBR Mədinə İskəndərova və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə şeir müsabiqəsi keçirildi.

Məqsəd xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, müstəqillik düşüncələrinin formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etməkdir.

Müsabiqəni giriş sözü ilə açan məktəbin ədəbiyyat müəllimləri Eldar  Məmmədvəliyev, Səfa Orucəliyev   öz çıxışlarında 20 Yanvar faciəsinin əsla unudulmadığını, xalqımızın əzmini qıra bilmədiyini  əksinə müstəqillik düşüncələrini formalaşmasına, istiqlaliyyətə gedən yolu yaxınlaşdırdığını bildirdilər.                                        

Tədbirdə məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak etdilər. Müsabiqədə fərqlənən şagirdlər Şəms 6”B”, Nilay 1”B”, Dilbər 1”B”, Fatimə 3 “B”, Aysel 3”B”, Nilay 3 “B”, K.Fidan 7 “B”, Tacir     6 “A”, Günay 6 “A”, Aişə 6 “A” məktəbin fəxri fərmanı ilə təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi