Fənnbirləşmə rəhbərlərinin növbəti iclası keçirildi
Təlim-tərbiyə işinin təşkili, keyfiyyətin yaxşılaşdırılması, fəaliyyətin səmərəliyini artırmaq məqsədi ilə görülən tədbirlər davam edir. Bu məqsədlə fənnbirləşmə rəhbərlərinin növbəti iclası keçirildi. Fənlər üzrə rəhbərlərin dekabr və yanvar aylarında gördüyü işlərin hesabatı yoxlanıldı. Monitorinqlərin nəticələri təhlil olundu. Məktəbin direktoru Məhluqə Əzizova görülən işlərlə bağlı tövsiyələrini verdi və qarşıda duran prioritet istiqamətlər üzrə fəaliyyətin daha da gücləndirilməsini tapşırdı.