“Qanlı 20 Yanvar “ faciəsi ilə əlaqədar rəsm müsabiqəsi keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019- cu il tarixli F-771 nömrəli əmrinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019- cu il tarixli F-529 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq ümumxalq hüzn gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. Bu gün də məktəbimizdə “Qanlı 20 Yanvar” faciəsi ilə əlaqədar rəsm müsabiqəsi keçirildi. 20 yanvar Azərbaycan tarixində qanlı yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı günü idi. Bu uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdiyi şərəfli bir tarixdir. Məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının fomalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğ edilməsidir.