Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər
Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli F-531 nömrəli əmrinin, 15.01.2019-cu il tarixli, F-18 nömrəli əmrinin 2.3 bəndinin icrası məqsədi ilə “Sağlam həyat tərzi” adlı maarifləndirici tədbir keçirildi.
Məqsəd valideynləri və şagirdləri sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlərlə maarifləndirmək, sağlam həyat tərzinin təbliği və təşviqi, kiçik yaşlardan şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsidir. Balaca şagirdlər meyvə və tərəvəzlər haqqında öyrəndiklərini təqdimat etdilər, onların insan orqanizminə faydaları haqqında bilgiləndilər. Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətləri kiçik səhnəciklərlə nümayiş etdirdilər. Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova və məktəbin tibb bacısı Məmmədova Sevda, valideynlər və müəllimlər iştirak etdi.