20Yanvar - Azadlığa gedən yolun zirvəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019- cu il tarixli F-771 nömrəli əmrinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019- cu il tarixli F-529 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.16 bəndinə uyğun olaraq 4”A” sinfinin rəhbəri Rəna Abdullayeva Ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçirdi. Sinif şagirdləri “20Yanvar - Azadlığa gedən yolun zirvəsi" adlı tədbirdə şəhidlərə həsr olunmuş kompazisiya nümayiş etdirdilər, şeirlər söylədilər.
Sonda şagirdlər hazırladıqları “20 Yanvar faciəsinə” həsr olunmuş əl işlərini təqdim etdilər.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etməkdir.