“30 il şəhidlik zirvəsində” inşa yazı müsabiqəsi keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019- cu il tarixli F-771 nömrəli əmrinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019- cu il tarixli F-529 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq Ümumxalq Hüzn Gününə həsr olunmuş “30 il şəhidlik zirvəsində” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların verilməsi, tarixi hadisələrə münasibət vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğ edilməsidir.