Pedaqoji-psixoloji konsilium

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2019-cu il tarixli əmrinə və məktəbin fəaliyyət planına uyğun olaraq məktəbdə sağlam mənəvi- psixoloji və təhlükəsiz fəaliyyət mühitinin yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini öyrənməklə riks qrupuna daxilolma ehtimalı müşahidə edilən şagirdləri müəyyənləşdirmək və onlarla pedaqoji-psixoloji aspektdə tədbirlərin aparılması məqsədilə bu gün məktəbin psixoloqu Heyran Səfərovanın təşkilatçılığı ilə psixoloji-pedaqoji konsilium keçirildi. Konsiliumun məqsədi məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, yaranan çətinliklərin aşkara çıxarılması və qarşısının alınması, problemlərin aradan qaldırılması, psixi durumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik olan şagirdlərin mənəvi-psixoloji problemlərinin həllinə kömək edilməsidir.  5”A” sinif rəhbəri, məktəbin direktoru, psixoloq, fənn müəllimləri və UBR və valideynlər davranış pozuntusu müşahidə olunan şagirdlərlə və bütövlükdə sinif haqqında fikirlərini birlikdə, kollektiv şəkildə müzakirə etdilər.`                                                                                                                                                                                                           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi