Debat və müzakirələr təşkil edilir

Məktəbin fəaliyyət planına uyğun olaraq, müxtəlif mövzularda dəyirmi masalar, debat və müzakirələr təşkil edilir. Seçilən mövzular əsasən şagirdlərin milli vətənpərvər ruhunda böyüməsinə bəşəri  duyğular aşılamağa yönəlir. Belə müzakirələrdən biri 11 “A” sinifində təşkil edildi. Sinif rəhbəri Kamalə Şamilovanın rəhbərliyi ilə şagirdlər müxtəlif mənbələrdən topladıqları məlumatları  təqdim etdilər .

 Slaydlarla müşaiət olunan çıxışlarla qeyd olundu ki, “ Azərbaycançılıq xalqın tərəqqisi, zəhmətkeş kütlələrin müdafiəsi uğrunda vətənpərvər ziyalıların hələ XIX hərəkata çevirdikləri ideologiyadır.”

Dəyirmi masada iştirak edən  məktəbin riyaziyyat müəllimi Pərvanə Məsimova  yönəldici suallar verərək mövzu ətrafında şagirdlərin öz fikirlərini daha sərbəst ifadə etməyə nail oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi