Təşkilati-metodiki məsələlərlə bağlı tədbir keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019 – cu il tarixli F-531 nömrəli əmrinə əsasən və məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin direktoru tərəfindən sinif rəhbərləri, psixoloq, təşkilatçı, UBR-in iştirakı ilə dəyirmi masa keçirildi. Məqsəd təlim-tərbiyə prossesində həyata keçirilən fəaliyyətin təhlil olunması, yol verilən nöqsanların aradan qaldırılması üçün işlərin gücləndirilməsi, qarşıda duran prioritet hədəflərin müəyyənləşdirilməsi və onların yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsidir. Dəyirmi masa da sinif rəhbərlərinin, psixoloqun hesabatları dinlənildi. Məktəbin direktoru fəaliyyət planına uyğun işlərin davam etdirilməsi üçün tövsiyə və tapşırıqlarını verdi.