Biz sağlam həyat tərzini seçirik

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 15.01.2019 – cu il tarixli F-18 nömrəli əmrinin 2.3.3 bəndinə və məktəbin fəaliyyət planına uyğun olaraq VII və VIII sinif şagirdlərinin iştirakı ilə “Biz sağlam həyat  tərzini seçirik” adlı maarifləndirici tədbir keçirildi. Məqsəd şagirdlərin və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzinin təbliğidir. Məktəbin psixoloqu Heyran Səfərova uşaq və yeniyetmələrin mənəviyyatına, sağlamlığına, psixikasına ciddi mənfi təsir göstərən siqaretin və digər zərərli vərdişlərin gənclərin psixi vəziyyətini gərginləşdirdiyini söylədi və onları sağlam həyat tərzi ilə bir araya sığmayan hərəkətlərə təhrik etdiyini bildirdi.  UBR Mədinə İskəndərova şagirdlərə siqaretin dəhşətli təsirlərini başa saldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi