Nümunəvi açıq dərs keçirildi

Azərbaycan Resyubilikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli, F-531№li əmrinin mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf, etdirilməsi bəndinə əsasən 2 “B” sinif rəhbəri  Fatma Qafarova  Azərbaycan dili fənindən “ Dəvələr” mövzusu üzrə keçirdiyi  açıq dərsdə 1.2.1, 2.2.5, 2.2.2standartlarını reallaşdırdı. Dərsin məqsədi əsərdən qazandığı bilikləri ilə müqayisə edərək araşdırdığı məlumatları nəql etmək və eyni mövzu ilə bağli müxtəlif mətnlərdə  verilmiş  məlumatları müqayisə etmək. Mövzu ilə əlaqədar verilmiş atalar sözlərini şərh etməkdir. Şeiri və nəsri bir-birindən fərqləndirməyi  bacarmaqdır. Şagirlər ” Dəvələr” şeirini və hekayəni  oxuyub, şeirlə nəsri bir-birindən fərqləndirdilər. Qruplarla işdə şagirdlər Dəvələr və başqa ev heyvanları, vəhşi heyvanlar  haqqında suallara ətrafı cavab verdilər. Bu mövzunun uşaqlar təbiəti sevmək və təbiəti qorumaq ruhuna tərbiyə olunmasında böyük  rolu var. Şagirdlər müəyyən olunmuş meyarlara  görə qiymətləndirildilər. Dərsdə ibtidai sinif müəllimlərdən Mərziyə Əliyeva, Sevinc Məmmədova, Nərmin Hümbətova, Şəbnəm Balayeva  iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi