"Bədii ədəbiyyat nümunələrinin" müzakirəsilə bağlı dəyirmi masa keçirildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 və Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.01.2019-cu il  tarixli F-65 nömrəli əmrinin 2.4.5 bəndinə və məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin kitabxanasında “Bədii ədəbiyyat nümunələrinin” müzakirəsi ilə bağlı dəyirmi masa keçirildi.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərin fəal oxucu kimi formalaşması,oxuduqları əsərlərin müzakirəsində sərbəst fikir yürütmə bacarığının inkişaf etdirilməsi,intellektual səviyyələrinin yüksəldilməsidir.

Kitabxana müdiri Aytən Məmmədova öz giriş sözündə mütaliənin  yalnız bədii əsərlərlə məhdudlaşmadığını, elmi-kütləvi yazıların, ictimai siyasi mövzulu kitab və jurnalların oxusunun da zəruriliyini vurğuladı.

Nümunə üçün aşağı yaş qrupu şagirdləri ilə C. Məmmədquluzadənin bəzi hekayələri, X-XI sinif şagirdləri ilə M. F. Axundzadənin “Aldanmış kəvakib”əsəri təhlil olundu.

Əsasən, məktəbin “Ədəbiyyat biliciləri” kulubunun üzvlərinin iştirak etdiyi müzakirədə yuxarı sinif şagirdlərinin təhlil və mülahizələri aşağı yaş qrupundan olan oxucuların bəhrələnməsi baxımından mühüm rol oynadı.

Sonda dəyirmi masada iştirak edən direktor Məhluqə Əzizova və ədəbiyyat müəllimi Kəminə Zalova belə müzakirələrin məktəblilərin dünyagörüşünün artmasında, elmi–siyasi cəhətdən savadlanmasında, həyat hadisələrinə daha ayıq gözlə baxmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi