Vətənin Qəhrəman oğulları
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrində 2019/2020-ci dərs ili ərzində Təhsil Nazirliyinin “Ümumi Təhsil sahəsində 2018/2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli 2.9 əmrinə əsasən tədris prosesində və dərsdənkənar vaxtlarda “Unutsaq-unudularıq” və “Vətəninin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları keçirildi.
Şagirdlərdə vətənpərvərlik tərbiyəsinin aşılanması, onlarda yurda, doğulduğu torpağa məhəbbət hissinin formalaşdırması məqsədilə məktəbimizdə mütəmadi olaraq “dəyirmi masa”lar, debatlar və təqdimatlar keçirilir.
Şagirdlərdə dərin maraq yaradan belə tədbirlərdən biridə məktəbin Coğrafiya müəllimi Vüsalə Məmmədovanın rəhbəri olduğu 10 “A”, informatika müəllimi Aynur Əkbərova rəhbəri olduğu 8”A” sinif şagirdlərilə “Vətənin qəhrəman oğulları mövzusunda” tədbir keçirdi.
İnsanlığın mənsub olduğu millətin, etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə emosional bağlılığın ən yüksək zirvəsi olan Şəhidliyə həsr olunan müzakirədə məktəbin hərbi rəhbəri Əliyev Təbriz müəllimi iştirak etdi.
X və VIII sinif şagirdlərinin müxtəlif mənbələrdən “Raquf Orucov” və “Mübariz İbrahimov” haqqında topladığı məlumatlar haqqında hazırladıqları slaydlar nümayiş olundu.
Raquf Orucov barədə onun döyüş yoldaşı olmuş Təbriz müəllimin danışdığı xatirələr duyğulu onların yaşanmasına səbəb oldu. Başqa millətin nümayəndəsi olmağına baxmayaraq, ömrünü doğulub boya – başa çatdığı torpağın bütövlüyü uğrunda qurban vermiş Albert Aqarunov, Mübariz İbrahimov, Əlif Hacıyev, Çingiz Mustafayevin, Riad Əhmədov və s. başqa şəhidlər haqqında edilən təqdimatlarda maraqla qarşılandı.
Şagirdlərin tərtib etdikləri slaydlar, vətənpərvərlik, mahnılarından ibarət videoçarxlar öz orjinallığı ilə seçilirdi.