Gələcəyə pozitiv baxış

  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrinin icrası ilə bağlı 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmrin 2.9-cu bəndinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 06.09.2019- cu  il tarixli F-318 nömrəli əmrinin 4.1-ci  bəndinə uyğun olaraq maarifləndirici tədbr keçirildi. Art–terapiya psixologiya və yaradıcılığın birləşməsidir. Bu terapiya üsulu emosional intellekti və emosional özünənəzarəti inkişaf etdirir. “İndi və burada” prinsipinə əsaslanaraq, kreativ təfəkkürü aktivləşdirərək müxtəlif problemlərin həllinin rahatlıqla tapılmasına kömək edir, beynin sağ və sol yarımkürələrinin inkişafını balanslaşdırılır. Bu metod vasitəsilə depressiya, stress, nevroz, qorxu, fobiyalar, yaş travması və daxili gərginlik aradan qaldırılır. Art – terapiya problemi aradan qaldırmaqla yanaşı insanın düzgün qərar verməsinə, öz tələbatlarını şüur səviyyəsinə qaldıraraq özünü tam  və parlaq ifadə etməsi üçün şərait yaradır. Art – terapiya uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur. İncəsənət vasitəsilə özünüifadə həyatın ən çətin və dəhşətli anlarında belə insanı rahatlaşdırır, özünəinamı artırır.

Məhz bu səbəbdən şagirdlərdə gələcəyə pozitiv baxış bucağı formalaşdırmaq, qrup çalışması yolu ilə onlarda birlik və bərabərlik duyğularını inkişaf etdirilməsinə müvəffəq olmaq  məqsədilə məktəbin psixoloqu Heyran Səfərova 3 “A” sinif şagirdləri, sinif rəhbəri Sevinc Məmmədova və valideynlərlə birlikdə art – terapiyanın ən geniş tətbiq olunan növü – “İzoterapiya”dan istifadə etdi. Psixoloq şagirdlərə təlimat verdikdən sonra şagirdlər 3 qrupa bölündü. Hər iki qrupda şagirdlər,müəllim və valideynər birlikdə işlədikləri üçün ortaya çox mənalı mənzərələr çıxdı. Məktəblilər öz emosiyalarını, gizli fantaziyalarını, problemlərini, özlərini qınayan fikirlərini ağ kağızlar üzərinə köçürdülər.

Sonda şagirdlərin simalarında və davranışlarında müşahidə olunan özünəinam və rahatlıq hissi izoterapiyanın tətbiqinin müsbət nəticələndiyinin göstəricisi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi