“MOLEKUL” mövzusunda nümunəvi dərs keçirildi
Təhsil Nazirliyinin 30 avqust 2019 – cu il tarixli, F – 531 №li əmrinə və məktəbin illik fəaliyyət planınına uyğun olaraq Xəlilova Nigar 6“B” sinfində “MOLEKUL” mövzusunda dərs keçdi. Dərsdə 3.1.2 . Sadə təcrübələr aparır, nəticələrini təqdim edir. standartı yerinə yetirildi. Cütlərlə iş formasından istifadə edildi. Beyin həmləsi, eksperiment və klaster üsulları həyata keçirildi.
"Atomlar sistemi" adlanan araşdırmada məqsəd şagirdlərdə atomlar sistemindən ibarət olan molekullar haqqında təsəvvür yaratmaqdır. Şagirdlərə molekulun modelini yaratmaq tapşırıldı. Bu tapşırıq şagirdlərdə molekullar haqqında təsəvvürlərin formalaşmasına kömək etdi.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq üçün "Sadə araşdırmaları icra edir və nəticələrini şərh edir" meyarı əsasında qiymətləndirmə apardı.
Təlim nəticələri reallaşdırıldı.