Multikulturalizm sözdə və əməldə

"Multikulturalizm sözdə və əməldə" mövzusunda 5”A” sinfinin rəhbəri Nərminə Cabbarova sinif təşkilat saatı keçirdi.

Sinif rəhbəri qeyd etdi ki, ölkəmizdə multikultralizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi, geniş təbliğ edilməsi məqsədilə 2016-cı il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycanda "Multikulturalizm ili" elan etmişdir.

Azərbaycanı multikulturalizm mərkəzi kimi dünyaya tanıtmaq, yer üzündə mübarizələrə etiraz etmək, gənclərdə müxtəlif millətlərə, dinlərə hörmət və dözümlülük hissi aşılamaq məqsədilə keçirilən tədbirdə şagirdlər fəal iştirak etdilər.

Sonda şagirdlər multikulturalizmə həsr olunmuş video-çarxı izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi