Nailiyyətlərimiz

Daha bir qələbəmiz!Şagirdlərin intellektual səviyyəsinin artmasında,dünyagörüşünün formalaşmasında bilik yarışlarının müsabiqələrin mühüm əhəmiyyəti vardır.Məktəbimizin şagirdləri tez-tez bu yarışlarda iştirak etmiş və uğur qazanmışlar.Növbəti yarış isə 17.05.2016-cı il tarixdə Pirallahı rayonundakı 5 məktəb arasında keçirilən “Parlaq Zəka”intellektual oyunu oldu.Bu intellektual oyununda məktəblilər tarix və ədəbiyyat fənnindən biliklərini sınayırdılar.Sevinclə qeyd etmək lazımdır ki,”Parlaq zəka “intellektual oyununda məktəbimizin şagirdləri -Abbaszadə Orxan(komandanın kapitanı),Abdullayeva Samirə,İbrahimli Altun,Əlibəyli Ayxan və Əliyeva Günel fəallıq göstərərək,II yerə layiq görülmüş,X sinif şagirdi Abbaszadə Orxan isə ümumi sual-cavabda fəal iştirak edərək,yarışın xüsusi hədiyyəsini qazanmışdır.Qalib gələn komandanın şagirdlərinə sertfikatlar təqdim olundu.Məktəbimizin direktoru Mansırova Mehparə müəllim də “Parlaq Zəka”intellektual oyununda qələbə qazanan şagirdlərimizi və onların bu qələbəsində böyük köməyi olan tarix müəllimi Alyarova Vüsalə və ədəbiyyat müəllimi Əsədov Vəsxanım müəllimi ürəkdən təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı.Sizinlə fəxr edirik,əziz şagirdlərimiz!

"Heydər Əliyev məktəblilərin gözü ilə''Müstəqil Azərbaycan dövləti və qədirbilən xalqımız mühüm tarixi hadisə- müasir dövlətçiliyimizin böyük qurucusu, vətənə və millətə təmənnasız və sədaqətli xidmətinin parlaq örnəyi,ölkəmizin gələcəyi olan uşaqlar və gənclərin sevimlisi,milli təhsil quruculugu strategiyasının iddeya müəllifi Ümumimilli lider Heydər Əliyevin şərəfli ölüm yolu və zəngin dövlətçilik fəaliyyətinə həsr olunmuş ənənəvi inşa müsabiqəsi keçirilmişdir. Ümumimilli lider Heydər Əliyevin 92- ci il dönümünə həsr olunmuş inşa müsabiqəsində 231№ li məktəbin IX sinif şagirdi Cabbarova Həbibə Mirtağı qızı məktəb turunun qalibi olmuş, martin 15 də keçirilən müsabiqənin rayon turunda da qalib olub, və nəhayət respubilika üzre qaliblərin içində III yerə layiq görülmüşdür. Mayın 5-ində Gülüstan sayayında təhsil naziri Mikayil Cabbarov tərəfindən hədiyyələrlə və diplomla təltif olunmuşdur. Pirallahı rayon İcra Hakimiyyəti də bu münasibətlə Cabbarova Həbibəni müxtəlif hədiyyələrlə təltif etmişdir.

Bəşirov ElixanBəşirov Əlixan "KEMPO"üzrə 5-ci Azərbaycan çempionatında 30 kq çəki üzrə ikinci yer tutub,

HAQQIMIZDA

            Bakı şəhəri 231 nömrəli Nadir Seyidrza oğlu Teymurov adına tam orta məktəb Pira...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Mənaflı Neman

Aytən Əsgərova Cəlal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi