Yanardağın möcüzəsi
Tarixi abidələrimizim şagirdlərimizə yetərli səviyyədə tanıdılması, maddi-mənəvi dəyərlərin sevdirilməsi məktəb işinin bir hissəsini təşkil edir. Bu məqsədlə məktəbimizin VII A sinfinin rəhbəri Abbasova İncixanım müəllimə, VIII B sinfinin rəhbəri Allahverənova Kifayət müəllimə "Yanardağ"a ziyarət təşkil etmişlər. Yanan dağın möcüzəsi şagirdlərimizi valeh etmiş, onlarda dərin duyğular oyatmışdı.