"Nümunəvi dərslər"-Texnologiya 1

2019-2020-ci tədris ilinin I yarımilində nümunəvi dərslərin təqdimatı , fənn aylıqlarının təşkili ilə bağlı məktəb rəhbərliyinin göstərişinə əsasən oktyabr ayının təsviri incəsənət və texnologiya fənn aylığı hesab edilməsi səbəbi ilə bu gün VII A sinfində Abbasova İncixanım müəllim tərəfindən texnologiya fənni üzrə "Oduncağın mexaniki və fiziki xassələri " mövzusunda nümunəvi dərs təşkil olundu. Dərs zamanı əyani vəsaitlərdən düzgün istifadə, şagirdlərin dərsin mərhələlərinə uyğun planlı və fəal iştirakı diqqət edilən məqamlardan idi. Sonda dərsi izləyən məktəbin direktor əvəzi Tural Hətəmov digər fənn müəllimləri ilə birgə dərsin gedişi ilə bağlı müzakirə təşkil etdi. Dərs zamanı yaranan müsbət hallar qeyd edildi, bir sıra məqamlar diqqətə çatdırıldı. Maraqlı dərs üçün İncixanım müəllimə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi