"Məktəblər arasında Respublika Çempionatı"

Ölkə başçısının idmana qayğısının günbəgün artması məktəblilər arasında da marağın çoxalması ilə diqqət çəkir. Bu gün məktəbimizin idman meydançasında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Məktəbli İdman Federasiyasının dəstəyi, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Xəzər rayon məktəbləri arasında yüngül atletikanın qaçış növü üzrə "Məktəblər arasında Respublika Çempionatı" keçirilmişdir. İştirak edən komandalar verilən təlimatlara uyğun yarışmış, nəticədə 26 saylı tam orta məktəbin şagirdləri I, 181 nömrəli tam orta məktəbin şagirdləri II, 320 nömrəli tam orta məktəbin şagirdləri isə III yeri qazanmışlar. Qələbə qazanmış şagirdlər diplomlarla mükafatlandırılmışdır.
Yarışın təşkil edilməsində əməyi keçən müəllim və texniki işçi heyətimizə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi