Ana haqqı Tanrı haqqıdır!

Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar. Məktəbimizdə təşkil olunan "Ədəbi-bədii dünyamız" adlı şeir müsabiqəsinin analara həsr olunmuş 4-cü mərhələsi bu gün keçirilmişdir. Dövlət himninin ifasından sonra məktəbimizin direktoru Elşən Qafarov ordumuzun əldə etdiyi son zəfərlər barədə şagirdləri məlumatlandırdı və tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağına, zəfər bayrağımızın Qarabağda dalğalanacağına inandığını söylədi. Tədbir Vətən uğrunda şəhid olan əsgərlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam etdi. Hər bir iştirakçıların ifası münsiflər heyəti tərəfindən dəyərləndirildi və müvafiq balla qiymətləndirildi. Sonda məktəb direktoru Elşən Qafarov mart ayının mütaliə ayı elan olunması və ən fəal oxucuların müəyyən edilməsi haqqında söhbət açdı. O, məktəb kitabxanasından aktiv istifadə edən oxucuların adlarını açıqladı və ayın qalibi kimi 8 a sinif şagirdi Şamilbəyli Ülvünü hədiyyə və diplomla mükafatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi