Bizim öz niyyətimizdən doğdu, öz hüriyyətimiz

Azadlığı dadmış bir millət zaman keçsə də, bu sevgi ilə yaşacaqdır, əlbət. 1918-ci ilin 28 mayında dünyanın siyasi xəritəsinə adı yazılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq , Azərbaycan xalqı bu arzunu , bu istəyi illərlə qəlbinin dərinliklərində yaşadıb saxladı. Zaman keçdi və Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Böyük şairimiz Bəxtiyar Vahabzadənin də dediyi kimi :" Bizim öz niyyətimizdən doğdu öz hüriyyətimiz". Bu gün məktəbimizdə bu münasibətlə Şüvəlan qəsəbə Mədəniyyət evinin və məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Elzamin müəllimin birgə təşkilatçılığı ilə bu günün özəlliyini anladan tədbir təşkil edildi. Tədbirə məktəbimizin ibtidai sinif şagirdlərinin çıxışları rəng qataraq gözəl əhval-ruhiyyə yaratdı.Tədbirin yekununda məktəbimizin direktor əvəzi Tural Hətəmov çıxış edərək bu bayramın əsrlərlə çəkdiyimiz əzab-əziyyətin haqlı yekunu olduğunu söylədi və qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyevin də söylədiyi kimi hər birimiz dövlətin müstəqillik dayaqlarının möhkəmləndirilməsinə xidmət etməli , dövlətə layiqli vətəndaş olmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi