31 mart Azərbaycanlıların soyqırım günü

31.03.2016 1918-ci ilin 31 mart tarixi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi yadda qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. Bu gün o qanlı tarixdən 98 il ötür.Bu gün məktəbimizdə ilk dərslər bu tarixi faciəyə-31 mart Azərbaycanlıların soyqırım gününə həsr olundu.Müəllimlərimiz şagirdlərə bu qanlı tarix haqqında məlumat verdi və bu tarixi unutmamağı tövsiyə etdilər.Həmçinin məktəbin akt zalında 31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş tədbir keçirildi.Tədbir dövlət himnini səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbirdə şagirdlərimiz bu günün tarixi haqqında ətraflı danışaraq şəhidlərimizin xatirəsinə şeirlər səsləndirdilər.Daha sonra Qarabağ müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş pilotlarımızın həyatına həsr olunmuş "Unudulmaz illər" filmi nümayiş olundu.Sonda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov tarix boyu ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərdən bəhs etdi.O, erməni xislətini üzə çıxaran bu qanlı tarixi heç zaman unutmamağa səslədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi