"5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü"nə həsr olunmuş tədbir keçirilmişdir

4 iyun tarixində məktəbimizdə SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə "5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə şagirdlərimiz “Sağlam ətraf mühit naminə” adlı təqdimatla çıxış etmişlər. Sonra şagirdlər və idarənin əməkdaşları məktəbimizin həyətyanı sahəsində gəzərək tullantıları toplamış və ağaclara qulluq etmişlər. 
Qeyd edək ki, “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” BMT-nin ətraf mühitlə bağlı keçirilən 1972-ci il konfransında Yaponiya və Seneqalın təklifi ilə təsis olunmuşdur. “Ətraf Mühitin Mühafizəsi günü” 1973-cü ildən etibarən bütün dünyada qeyd olunumağa başlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi