Böyük summativ qiymətləndirmənin keçirilməsinə başlanılıb

Məktəbdə “Təhsilalanların attestasiyasının yekun qiymətləndirilməsi”-ikinci yarımilin Böyük Summativ Qiymətləndirməsinin aparılmasına start verildi. Məktəbin fəaliyyət planının müvafiq bəndlərinə uyğun olaraq yaradılmış komissiya üzvlərinin nəzarəti ilə Böyük summativ qiymətləndirmələrin aparılmasına başlanılmışdır. 
Belə ki, bu gün 5-ci siniflərdə Böyük summativ qiymətləndirmə aparılıb. 
Qapalı və açıq test suallarından ibarət sual kitabçaları yaradılmış işçi qrup tərəfindən yoxlanıldıqdan sonra şagirdlərə paylandı. Məktəbdə BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.Qeyd edək ki,BSQ-lər qrafik üzrə bu həftə və gələn həftə ərzində aparılacaq və siniflər üzrə qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən yaradılmış komissiya üzvləri və fənn müəllimləri ilə birgə həyata keçiriliəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi