İki nömrəli internat məktəbi ziyarət olunub

Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı və 230 nömrəli tam orta məktəbin iştirakı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə ziyarət təşkil edilib.
Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün hər cür zəruri şəraitin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
"1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təşkil olunan tədbirdə internat məktəbinin qonağı olan Bakıdakı 230 nömrəli tam orta məktəbin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 230 nömrəli ümumi orta internat məktəbinin direktoru Təhmasib Məmiyev respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşanan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara yüksək həssaslıq göstərildiyini bildirib. Direktor bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bayram edən 230 nömrəli tam orta məktəbin şagirdlərinə və valideynlərinə təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi