Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi qeyd olundu

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi və qonaq qismində valideynlər iştirak edirdilər. Tədbir məktəbimizin müəllimləri Validə Cavadova və Xeyrulla Haqverdiyevin təşkilatçılığı ilə keçirildi. Tədbirdə şagirdlər cumhuriyyətin yaranma tarixinə nəzər saldılar. Azərbaycanı tərənnüm edən şeirlər söylədilər, mahnılar ifa edib, rəqslər nümayiş etdirdilər. Şagirdlərin çıxışları alqışlarla qarşılandı. Sonda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev bildirdi ki, müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Demokratik Respublikası 23 ay ömür sürsə də Müstəqil Azərbaycan dövlətinin bünövrəsi rolunu oynamışdır. Azərbaycan Demokratik Respublikasını canları ilə, qanları ilə quran Azərbaycan xalqı 70 il sonra eyni ideologiya ilə ayağa qalxdı və Müstəqil Azərbaycanın əsasını qoydular. Bu gün Azərbaycan xalqı eyni dəyərləri özündə əks etdirən bir Respublikanın vətəndaşlarıdırlar. Biz bu dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi