“Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilir.
Bu layihənin keçirələcəyi tarix və tədbirlər barədə əvvəlcədən məktəbimizin valideynləri məlumatlandırıldı.
Beləliklə, bu gün məktəbimizdə bu layihə ikinci dəfə həyata keçirildi. 
İkinci dərslərdən etibarən valideynlər övladlarının təhsil aldıqları siniflərdə dərsin gedişini izlədilər. Sonra valideynlərlə məktəb rəhbərliyinin ümumi yığıncağı keçirildi. İclasda məktəbin son nailiyyətləri haqqında çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev çıxışının sonunda valideynləri maraqlandıran sualları cavablandırdı. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov tədris ilinin yekunları barədə valideynləri məlumatlandırdı.
İclasın sonunda valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi. 
Daha sonra valideynlər nümunəvi dərslərdə iştirak etdilər. 
Sonda valideynlər akt zalında təşkil olunan 
28 May-Respublika Gününə həsr olunmuş bayram tədbirini izlədilər. Şagirdlərimizin hazırladıqları çıxışlar alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi